Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş elmi konfrans keçirilir

Bakıda Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş elmi konfrans keçirilir

Bakı, 2 iyul (AZƏRTAC). İyulun 2-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, 11 ölkəni təmsil edən tanınmış tədqiqatçılar da iştirak edirlər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın artıq möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd etmiş, ölkəmizin qazandığı uğurlardan danışmış, Bakıda keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır.

Nazir demişdir: “Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir. Biz fəxr edirik ki, o dövrdə sufiliyin yaradılmasında, onun yayılmasında məhz Azərbaycanda dünyaya göz açmış Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin də rolu olmuşdur”.

Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. O, zəngin, üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir.

Vurğulanmışdır ki, məhz həmin məktəb bu gün müxtəlif peşə sahələrinin insanlarını Azərbaycana gətirərək, mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün Azərbaycanın həm İslam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva diqqətə çatdırmışdır ki, təmsil etdiyi qurumun mədəniyyət sahəsində əsas proqramlarından biri görkəmli şəxsiyyətlərin yubileylərinin və tarixi hadisələrin qeyd olunması proqramıdır. İki ildən bir üzv ölkələr UNESCO-ya öz namizədlərini təqdim edir və həmin namizədlər müəyyən meyarlardan keçdikdən sonra onların yubileylərinin bu beynəlxalq qurumun himayəsi altında keçirilməsinə başlanılır. Arıq Azərbaycan bu proqramda çox fəal iştirak etməkdədir.

G.Əfəndiyeva vurğulamışdır ki, Azərbaycanın UNESCO-dakı fəaliyyəti, ümumiyyətlə, çoxşaxəlidir. Bu günədək bir çox görkəmli mütəfəkkir və ictimai elm xadimlərinin UNESCO səviyyəsində yubileylərinin təntənəli qeyd edilməsi bunun əyani sübutudur. Bu il də UNESCO səviyyəsində Azərbaycana aid üç yubiley tədbiri qeyd olunmaqdadır. Bunlardan biri görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, digəri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, üçüncüsü isə bu gün qeyd etdiyimiz və bir neçə aydan sonra UNESCO-da da qeyd olunacaq böyük mütəfəkkirimiz Seyid Yəhya Bakuvinin vəfatının 550 illik yubileyi ilə bağlı olan tədbirlərdir.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi demişdir ki, Seyid Yəhya Bakuvi təkcə Azərbaycan xalqına məxsus deyil, o dünyəvi bir alim, mütəfəkkir-filosofdur. Belə dahilərin yaratdıqları heç bir zamana sığmır, onların yaradıcılığı hər zaman öz aktuallığı ilə diqqəti cəlb edir. Onun zəngin təsəvvüfi-fəlsəfi və ədəbi əsərlərinin də əsasını sülhə, düzlüyə, dostluğa çağırış təşkil edirdi. Müasir zamanla onun yaradıcılıq axtarışlarını müqayisə etsək görərik ki, UNESCO-nun da əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq vasitəsilə davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Azərbaycan bu mənada bir nümunə kimi göstərilə və qəbul oluna bilər.

Konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransa Elmi Araşdırmalar Mərkəzinin araşdırmalar üzrə direktoru Tieri Zarkon və akademik Vasim Məmmədəliyev çıxış edərək konfransın işinə uğurlar arzulamışlar.

Bildirilmişdir ki, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq bu sahədə təşəbbüslərin çox böyük əksəriyyətinin artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən irəli sürüldüyünü görərik.

Bakıda təşkil edilmiş konfransın tarixi əhəmiyyət daşıdığını söyləyən natiqlər diqqətə çatdırılmışlar ki, Seyid Yəhya Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan əvvəl yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur. O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir.

Vurğulanmışdır ki, Şamaxı şəhərində dünyaya göz açan Seyid Yəhya Bakuvinin əsərləri bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fikirləri bəşəriyyətə öz töhfəsini verməkdədir. Çünki bu əsərlərdə, fikirlərdə dünyaya sülh, demokratiya, insanlara bərabərlik, həmrəylik öz əksini tapmışdır. Elə buna görə də Seyid Yəhya Bakuvi kimi alimləri öyrənərək təbliğ etmək hər kəsin borcudur. Onun dünya elm tarixinə, eləcə də islam dininə verdiyi töhfələr danılmazdır. Biz inanırıq ki, bu konfrans onun elmi irsinin daha dərindən öyrənilməsinə öz töhfəsini verəcəkdir.

Günün ikinci yarısında işini davam etdirən konfransda müxtəlif ölkələri təmsil edən alimlərin Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığına daim məruzələri dinlənilmişdir.

İyunun 3-də başa çatacaq konfransın iştirakçıları Seyid Yəhya Bakuvinin türbəsini də ziyarət edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada 185 namizəd seçki yarışından çıxıb

Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir

“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər

Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib

MİQ-də yüksək bal toplayan müəllim: İkinci dəfədir imtahan verirəm

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başlayıb

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik məktəb direktoru və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq VİDEO

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb