İDMAN


“Barselona” – “Real Madrid” oyunu heç-heçə başa çatıb

Bakı, 7 fevral, AZƏRTAC

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Nou Kamp” stadionunda “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.

“Barsa”nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda “Barselona” ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları fevralın 27-28-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.