Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib
Bakı, 30 may, AZƏRTAC
Rumıniya NATO-ya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.
AZƏRTAC "Politico"ya istinadən bildirir ki, Rumıniyanın xarici işlər naziri Oana Tsoyu bu barədə bəyanat yayıb.
Nazirin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatının Qalatsdakı yaşayış evinə düşməsindən sonra bu barədə qərar qəbul edilib.
Xatırladaq ki, ötən gecə Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]