REGİONLAR


Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan dördü azyaşlıdır

Bərdə, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxanaya gətirilən 12 yaralıdan dördü azyaşlıdır: “Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır”.

Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib: “Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam. Xəstəxanaya gətirildim. Əməliyyatla qəlpəni çıxardılar”.

Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.