Braziliya milli komandası sonuncu yoxlama görüşündə böyük hesabla qələbə qazanıb
Bakı, 11 iyun, AZƏRTAC
Futbol üzrə Braziliya milli komandası sonuncu yoxlama görüşündə böyük hesabla qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, beş qat dünya çempionu Braziliya komandası Avstriya millisinin qonağı olub. Qarşılaşma 3:0 braziliyalıların qələbəsi ilə başa çatıb. Oyunda Qabriyel Xesus, Neymar və Filip Koutinyo fərqləniblər. Bu yoldaşlıq görüşü Braziliya milli komandası üçün sonuncu olub.