MƏDƏNİYYƏT


“Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival çərçivəsində silsilə tədbirlər keçirilir

Bakı, 9 dekabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı festival çərçivəsində silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, “Şairlər ustadı böyük Nizami” adlı şeir günündə Bakı Avropa və Zəngi liseylərinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Sağlamlıq imkanları məhdud uşaqlarının, Bakı və Abşeron rayon məktəblərinin şagirdlərinin ifasında Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış “Nüşabə ilə İsgəndərin görüşü”, “Kərpickəsən kişinin dastanı”, “Xeyir və Şər” poemasından bədii kompozisiyalar, şeir parçaları səsləndirilib, Azərbaycan və avar dillərində dahi mütəfəkkirin aforizmləri təqdim edilib. Tədbirdə, həmçinin Qusar, Qax, Zaqatala, Balakən rayonlarından olan azsaylı xalqların dilində Nizami Gəncəvinin şeirlərinin çarxlı videosu nümayiş olunub.

Festival çərçivəsində keçirilən “Nizami və musiqi dünyası” adlı musiqi günü Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunub. Tədbirdə Baki Xoreoqrafiya Akademiyasının, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, M.Maqomayev adına 26 və 24 saylı onbirillik musiqi məktəblərinin, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri iştirak etdilər.

Tədbir çərçivəsində, məktəblilərin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, Üzeyir Hacıbəylinin “Sevgili Canan” baleti, “Leyli və Məcnun” rəqsi, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals və digər musiqi nömrələri təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.