SİYASƏT


Ermənistan Azərbaycanın döyüş məntəqələrini və kənd sakinlərinin evlərini intensiv atəşə tutub VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 17-də saat 20:30 radələrindən başlamaqla Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.