“Hayabuşa-2” kosmik zondu yenidən Ryuqu asteroidinə yaxınlaşıb
Tokio, 25 aprel, AZƏRTAC
Yaponiyanın “Hayabuşa-2” kosmik zondu endirilmiş atəş nəticəsində yaranan kraterin fotolarını çəkmək üçün aprelin 25-də yenidən Ryuqu asteroidinə yaxınlaşıb.
AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə həyata keçirilən bu təcrübə aprelin 5-də baş tutub. Həmin vaxt asteroidin səthinə metal mərmi ilə atəş açılıb.
Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) asteroidin səthinin necə dəyişdiyini öyrənməyi planlaşdırır.
Atəş endirilən zaman əmələ gələn qəlpələrdən yayınmaq üçün “Hayabuşa-2” zondu marşrutu dəyişərək asteroidin səthindən 20 min metr yüksəkliyə qalxıb.
Aprelin 24-də isə zond yenidən asteroidə yaxınlaşaraq, sınaqdan sonra ilk çəkilişlərə başlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]