İngilis uşaq yazarı Sam Zuppardinin kitabı Azərbaycan dilinə tərcümə olunub
Bakı, 21 may, AZƏRTAC
İngilis uşaq yazarı Sam Zuppardinin “Cek daha qorxmur” adlı kitabı dilimizə tərcümə olunub.
AZƏRTAC xəbər verir ki, kitabın tərcüməçisi Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin əməkdaşı, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır.
Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözlədiyi , amma, o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edəbiləcəyi ehtimalından həyəcan və narahatlıq keçirdiyi daha sonra isə anasının dəstəyi ilə arzu və məqsədlərinin ardıyca getməsindən bəhs olunur.
Qeyd edək ki, 6-10 yaşarası uşaqlar üçün nəzərdə tutulmuş kitabı Respublika Uşaq Kitabxanasının rəsmi saytında elektron formatda oxumaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]
“ANİMAFİLM” jurnalı işıq üzü görüb
- 13.05.2026 [14:57]
İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı
- 13.05.2026 [14:19]