Məktəblilərimiz beynəlxalq olimpiadada uğurlu nəticə əldə ediblər
Bakı, 5 sentyabr, AZƏRTAC
Rumıniyada Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOİ 2022) ilk dəfə çıxış edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yarışda Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev qızıl medal, “Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb. Həmçinin Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Şahin Ələkbərli həvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell”in Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]