Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu
Bakı, 18 avqust, AZƏRTAC
“Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı”nın gürcüstanlı futbolçusu Tornike Axvlediani Premyer Liqanın ilk turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
25 yaşlı hücumçu Ağdam klubunun üstün oyun nümayiş etdirdiyini vurğulayıb: “Rəqibimiz meydanda çox yaxşı təsir bağışladı. Fürsətdən istifadə edib “Qarabağ”a avrokubok oyunlarında uğurlar arzulayıram. Əlbəttə, onlar bu gün bizdən daha üstün idilər. Lakin nəzərə almaq lazımdır ki, bizim yeni formalaşan gənc komandamız var. Öz üzərimizdə çox çalışmalı və gələcəkdə daha güclü kollektivə çevrilməliyik”.
Axvlediani hesabı bərabərləşdirdikdən heç-heçəni qoruya bilməmələrinin səbəbini komandanın təcrübəsizliyi ilə əlaqələndirib: “Bərabərlik qolunu vursaq da, ardını gətirə bilmədik. Çünki komandamız gənclərdən təşkil olunub və təcrübə çatışmazlığı var. Buna baxmayaraq, “Qarabağ” kimi güclü rəqiblə matçda fərqlənmək komandamız üçün böyük motivasiya oldu. Növbəti qarşılaşmalarda daha yaxşı nəticələr göstərmək üçün var gücümüzlə çalışacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:39]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:36]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [18:38]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:34]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [17:53]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:22]