Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.
Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 48 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.
Nəsirli rəqibinə 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.
Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]