DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib
Bakı, 18 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, abituriyentlər və subbakalavrlar avqustun 19-u saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiq etməlidirlər. Avqustun 18-i saat 10:00-a olan məlumata əsasən, 70 min 519 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.
Müsabiqədə iştirak edənlər ixtisas seçimi ilə bağlı “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiq edilməsi qaydaları, müsabiqə şərtləri və ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlərlə bağlı ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən edilmiş tarixlərdə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:41]
Azərbaycanda hər 100 nəfərdən 91-i internet istifadəçisidir
- 22.09.2026 [11:32]
Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək
- 22.09.2026 [11:26]
Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib
- 22.09.2026 [11:25]
Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərir
- 22.09.2026 [10:53]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi
- 22.09.2026 [10:29]
Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]