Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının (AKKG) 2-ci mükafatlandırma mərasimi baş tutub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə çıxış edənlər bu cür layihələrin yerli kino sahəsini canlandırdığını və kinematoqrafçıları stimullaşdırdığını bildiriblər.
Seçim iki mərhələdə aparılıb. Mütəxəssislərdən ibarət heyət 2025-ci ildə nümayiş olunmuş 51 film arasından 12 nominasiya üzrə qalibləri müəyyənləşdirib. Mərasimdə ən yaxşı tam və qısametrajlı bədii, sənədli filmlər, həmçinin rejissor, ssenari, operator, rəssam, bəstəkar, aktyor və aktrisa işləri mükafatlandırılıb. Tədbir çərçivəsində xüsusi mükafat da təqdim olunub.
Mərasim "İlin ən yaxşı filmi" nominasiyasının qalibi olan ekran əsərinin nümayişi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:01]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [18:40]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [17:28]
Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir
- 21.09.2026 [17:05]
Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar
- 21.09.2026 [15:27]