İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək
London, 18 avqust, AZƏRTAC
İngiltərədə əlilliyi olan şəxslər gələn ilin aprelindən etibarən günün istənilən saatında avtobuslardan pulsuz istifadə edə biləcəklər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan pulsuz avtobus kartlarından həftəiçi günlərdə yalnız saat 09:30-dan 23:00-dək istifadə etmək mümkündür. Həftə sonları və rəsmi bayram günlərində isə bu məhdudiyyət tətbiq edilmir.
Mövcud qaydaların xüsusilə səhər saatlarında işə gedən və ya gecə saatlarında keçirilən tədbirlərdə iştirak edən insanlar üçün çətinlik yaratdığı bildirilir. Yeni qaydanın təxminən bir milyon insana fayda verəcəyi gözlənilir. Hökumət bu addımın yaşayış xərclərinin azaldılmasına və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlərin bir hissəsi olduğunu bildirib.
Baş nazir Endi Börnhem deyib ki, əlilliyi olan şəxslərin günün müəyyən saatlarında öz pulsuz gediş kartlarından istifadə edə bilməməsi ədalətli deyil. O, daha əvvəl Mançester meri olduğu dövrdə də oxşar dəyişikliyi həyata keçirdiyini xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:16]
Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub
- 18.08.2026 [13:04]
Türkiyə brendləri Rusiya bazarını tərk edir
- 18.08.2026 [11:36]
Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb
- 18.08.2026 [11:08]
Rusiya Britaniyanı hədələyib
- 18.08.2026 [10:56]
Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb
- 18.08.2026 [08:21]
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb
- 18.08.2026 [07:23]
ABŞ-də Tupak Şakurun qətlinə dair iş üzrə məhkəmənin ilk iclası olub
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]
Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər
- 17.08.2026 [23:22]
Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik
- 17.08.2026 [23:14]
Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik
- 17.08.2026 [22:57]
Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər
- 17.08.2026 [22:52]
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib
- 17.08.2026 [22:10]
Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb
- 17.08.2026 [22:02]
Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm
- 17.08.2026 [21:43]
Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb
- 17.08.2026 [21:25]