Moldovalı uşaqlarla “Novruz – milli- mənəvi dəyərlərimiz” adlı virtual görüş keçiriləcək
Bakı, 15 mart, AZƏRTAC
Martın 16-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Novruz - milli-mənəvi dəyərlərimiz” adlı virtual görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Avropa Liseyində gerçəkləşəcək.
Novruz bayramı ərəfəsində keçiriləcək tədbirin əsas məqsədi ölkə hüdudlarından kənarda olan uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etmək, Novruzla əlaqədar milli adət-ənənələrimiz haqqında məktəbliləri məlumatlandırmaqdır.
Virtual görüş Bakı Avropa Liseyinin 3 və 6-cı sinif şagirdləri ilə Moldova məktəbliləri arasında olacaq.
Tədbirdə uşaqlar bayram şənliyini təqdim edəcək, həmçinin iştirakçılara Novruzla bağlı məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]