Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÖZ DƏYƏRLƏRİMİZİ QORUYAQ

Berlin, 6 iyun (AZƏRTAC). REQNUM informasiya agentliyi “Azərbaycan erməni mədəni irsinə əl uzatmışdır” adlı məlumat dərc etmişdir. Məlumatda deyilir (məlumatın terminologiyası və isterik üslubu olduğu kimi saxlanmışdır): “Erməni tərəfinə məlum olmuşdur ki, Eurovision-2009-un təşkilat komitəsi müsabiqənin finalından Ermənistanın başlığını (vizit kartını) çıxarmışdır. Buna Azərbaycan tərəfinin növbəti isteriyası səbəb olmuşdur. Azərbaycan tərəfi reklam çarxında Qarabağın rəmzi - “Biz və bizim dağlar” abidəsini görən kimi yenidən hay-küy qaldırmışdır ki, “Qarabağ Azərbaycanın ərazisidir”. Azərbaycan XİN-nin təzyiqi ilə Eurovisionun təşkilat komitəsi başlıqda həmin hissəni çıxarmışdır. Lakin qeyd etmək lazımdır ki, bu abidə erməni memar Sərkis Baqdasaryanın əsəri, erməni mədəni irsinin ayrılmaz hissəsidir”.

Xatırladaq ki, Azərbaycan ərazisindəki abidənin təsvirinin erməni ifaçılarının reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra Eurovisionun təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab etmiş və həmin hissəni videogörüntüdən çıxartmışdır. Biz buna görə təşkilat komitəsinə xüsusi minnətdarlığımızı bildiririk. İsteriya kimi isə Azərbaycan tərəfinin (təhrik edilən) gözlənilən və izah edilən hərəkəti deyil, biarbırçı şəkildə məğlub olan erməni tərəfinin (təhrik edən) cavab hərəkətləri qəbul edilməlidir. Uduzanda da, cənablar, ləyaqətlə və isteriyasız uduzmaq lazımdır.

Bəli, qonşuların mədəni irsinə ənənəvi surətdə kimin əl uzatdığı məlumdur. Məlum olduğu kimi, “Biz və bizim dağlar” abidəsi keçmiş Azərbaycan SSR DQMV-in Əskəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmışdır. Abidənin müəllifi Azərbaycan sakini, erməni mənşəli memar Sərkis Baqdasaryandır. Abidə Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına, yəni bizim pullarımızla yaradılmışdır. Həm də, respublikamızın sakinlərinin bir çox nemətlərdən imtina etdiyi, ət və yağı talonla aldığı dövrdə, Azərbaycanda yaşayan müxtəlif millətlərin incəsənət xadimlərinə, o cümlədən ermənilərə öz istedadlarını nümayiş etdirmələri və Azərbaycan torpağında sərbəst yaradıcılıqla məşğul olmaları üçün şərait yaradıldığı illərdə. O vaxt kimin ağlına gələrdi ki, Ermənistan 40 il keçdikdən sonra öz ərazisindən kənarda, Azərbaycan ərazisində cibimizdən ayırdığımız vəsait hesabına Azərbaycan SSR vətəndaşlarının yaratdığı abidələrə əl uzadacaq?! Erməni millətindən olan memar tərəfindən hazırlanması faktı abidənin çoxmillətli Azərbaycan xalqının incəsənətinə aid şah əsərlər sırasından çıxarılmasına, bu əraziyə heç bir aidiyyəti olmayan, abidənin hazırlanmasına vəsait ayırmayan tamamilə başqa dövlətin mədəni irsi elan edilməsinə səbəb ola bilməz. Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli ölkədir və çoxmillətli ölkə kimi qalmaqdadır. Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri Vətənin rifahı naminə çalışırlar və işləməkdə davam edirlər. Təəccüblü deyil ki, respublikamızın sakini memar Sərkis Baqdasaryan da Azərbaycan mədəniyyəti xəzinəsinə öz töhfəsini vermişdir. Elə onun kimi, Azərbaycan sakinləri olan ermənilər - Sovet İttifaqı marşalı İvan Baqramyan, artistlər Yevgeni Petrosyan və Karen Avanesyan, şahmatçı Harri Kasparov və digər tanınmış şəxslər də respublikanın şöhrətlənməsi üçün çalışmışlar. Əlbəttə, ailədə naqislər də olur. Azərbaycanın çörəyi ilə böyüyən Zori Balayan və onun sadiq şagirdi Levon Məlik-Şahnazaryan kimilər bu gün də öz hikkələri, bütün Azərbaycan xalqına vəhşi nifrətləri içərisində boğulurlar.

Heç kimə sirr deyildir ki, Bakının bir sıra məşhur binaları Polşa, Almaniya, İtaliya memarlarının layihələri üzrə azərbaycanlı, erməni, rus, ləzgi, talış inşaatçılar tərəfindən tikilmişdir. Elə bu üsulla İrəvanın yarısı, xüsusən Sovetlərə qədər olan dövrdə azərbaycanlı ustaların əlləri ilə inşa edilmişdir. Moskvada tanınmış gürcü memarı Zurab Sereteli tərəfindən bir sıra dünya şöhrətli memarlıq ansamblları ucaldılmışdır. Sankt-Peterburqda Qış Sarayı İtaliya memarı Bartolomeo Rastrelli, İsaak kilsəsi isə fransız memar Oqyust Monferranın layihəsi üzrə inşa edilmişdir. Nyu-York şəhərində ABŞ-ın rəmzi olan Azadlıq abidəsi fransız memar Frederik Oqyust Bartold tərəfindən, özü də Rusiya misindən istifadə olunmaqla hazırlanmışdır. Hindistanın mədəniyyət incisi Tac Mahal mavzoleyi Boyük Moğollar İmperiyasının hakimi özbək mənşəli Cahan Şahın əmri ilə ucaldılmışdır. Bütün Balkan yarımadası və Buday yüksəkliklərinə qədər geniş ərazi Osmanlı memarların termal sular üzərində quraşdırdığı hamamlarla doludur. Bütün Yaxın Şərq ənənəvi ərəb tikililəri ilə ümumi oxşarlığı az olan Ellin memarlıq abidələri ilə zəngindir. Hətta Uzaq İngiltərənin Bat şəhəri də romalılar tərəfindən inşa edilmişdir. Budapeştdəki Nyuqati Qərb Vağzalı tanınmış fransız memarı Qustav Eyfel tərəfindən tikilmişdir. Çox da uzağa getməyək - Metsamor AES erməni atomçuları və mühəndisləri tərəfindən layihələndirilməmişdir. Bu baxımdan İrəvanın mərkəzindəki Mavi Məscidi də misal gətirmək olar. Belə misallar çoxdur. Lakin bu əsas verirmi ki, həmin abidələr müəlliflərinin mənsub olduqları millətlərin mədəni irsi nümunəsi hesab edilsin? Bir anlığa təsəvvür edək ki, italyanlar ruslara qəzəbli ittihamlar yağdıraraq, İtaliya mədəniyyəti irsinə - Smolnı monastrı, Qış Sarayı, Stroqanov və Vorontsov saraylarına rusların əl uzatdıqlarını iddia etsinlər. Yaxud fransızlar amerikalılardan Azadlıq Abidəsindən, almanlar isə azərbaycanlılardan Bakı kirxasından əl çəkməyi tələb etsinlər. Bunu hətta vahiməli yuxuda belə görmək mümkün deyildir və başqa sözlə, buna xalis səfehlikdən başqa nə ad verəsən? Lakin təəssüf ki, bizim dəymədüşər qonşularımız üçün bu, gündəlik normadır. Onlar təkcə müəllifin erməni kökünə mənsub olması səbəbindən Azərbaycanın mərkəzindəki abidəni erməni xalqının mədəni irsinin nümunəsi elan etmişlər. Təəcüblüdür ki, niyə İrəvanda heç kim tenisçilər David Nalbandyanın və Anri Aqassinin öz vətənləri üçün qazandıqları qızıl medalları Argentinadan və Fransadan, müğənni Şerin kompakt disklərinin satışından əldə olunan gəliri ABŞ-dan tələb etmir? Erməni məntiqi ilə yanaşılsa bunun hamısı “ermənilərindir”.

Cənablar deyəsən rahat üsul tapmısınız: nəyi yaratmaq lazımdırsa mütləq özgə hesabına etməliyik, şöhrətdən isə yalnız özümüz bəhrələnməliyik. Bəs, Ermənistan paytaxtında (taleyin hökmü ilə) XVI əsrin əvvəllərində İrəvan hakimi Rəvanqulu xan tərəfindən ucaldılmış, sonrakı yüzilliklərdə Əmirhun xan, Hüseynəli xan və Məhəmməd xan tərəfindən yenidən qurulmuş Xan Sarayı necə olsun? Bundan başqa, aydın deyildir ki, niyə Ermənistanda hesab edilməlidir ki, xalq arasında “Nənə və baba” adlandırılan “Biz və bizim dağlar” abidəsi ermənilərə məxsusdur. Təsvirdən göründüyü kimi, onların burunları erməni antropologiyası üçün xarakterik deyildir və abidə üzərində “Papik Akop və tatik Haykanuş” aydınlaşdırıcı yazı yoxdur. Elə həmin memar Sərkis Baqdasaryanın bizim büdcə vəsaitimiz hesabına 1967-ci ildə Xankəndi də yaratdığı “Qarabağlılar” abidəsi də yalnız Qarabağ ermənilərini nəzərədə tutmamışdır. Ağdamlılar, tərtərlilər, şuşalılar və bərdəlilər də qarabağlıdırlar. Buna görə aydın deyildir ki, niyə Ermənistan birdən-birə Azərbaycan bəstəkarı Tofiq Quliyevin yazdığı “Naxçıvani” melodiyasına Eurovision müsabiqəsinə türk adlı “Can-can” açıq plagiyatı çıxardaraq, eyni zamanda öz ərazisindən kənarda yerləşən, hazırlanmasına bir qəpik belə xərcləmədiyi mədəniyyət abidəsinə əl uzatmışdır. Bu, təkcə bir dəfə üçün çox deyilmi?

“Biz və bizim dağlar” abidəsi Əskəran qalasının divarları və Şuşa qalası, Gövhər ağa məscidi, Qanzasor alban kilsəsi, Möminə Xatun türbəsi, Babək qalası, Qız qalası, Şirvanşahlar sarayı, Şəki xanlarının sarayı, Bakı filarmoniyası, İsmailiyə binası və digər abidələr kimi Azərbaycanın mədəni irsinin gözəl nümunəsidir. “Biz və bizim dağlar” abidəsinin 2009-cu ilin mayında Eurovision mahnı müsabiqəsində digər ölkənin reklam klipində nümayiş etdirilməsi, həmin ölkənin Azərbaycanın bir hissəsinə açıq ərazi iddiasının və acgözlüyünün təzahürüdür. Buna görə heç də təsadüfi deyildir ki, müsabiqənin təşkilat komitəsi Azərbaycan XİN-nin etirazına təcili reaksiya göstərərək, Azərbaycan abidəsinin təsvirini erməni ifaçıların reklam videoçarxından çıxarmışdır. Erməni müğənnisi Siruşonun Ermənistan üzrə səsvermənin nəticələrini elan etdiyi vaxt “Biz və bizim dağlar” abidəsinin təsvirini bloknotunun arxasında nümayiş etdirməsini isə Azərbaycanda bu abidənin yerləşdiyi ölkənin duetinin ifasına erməni tamaşaçıların heyranlıq əlaməti kimi qəbul etmişlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb

Tokio yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib

Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB

Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb

Bu saata olan əsas xəbərlər

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər