Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Bakı, 29 may, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu dəfəki səfəri xüsusi edən əsas məqam onun məhz Müstəqillik Günündə və Qurban bayramı ərəfəsində baş tutmasıdır. Bayram günündə dövlətimizin başçısının kənd sakinləri və yerli əhali ilə səmimi dialoqunun şahidi olduq. Bu, ilk növbədə, xalqın dövlət başçısına olan dəstəyinin və səmimi sevgisinin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O deyib: "Görülən işlərin miqyası və əhali üçün yaradılan şərait onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun qısa müddətdə bərpası dövlətimizin başçısının xüsusi həssaslıqla yanaşdığı prioritet məsələlərdəndir. Səfər çərçivəsində Prezident İlham Əliyev tarixə də ekskursiya edərək Azərbaycanın keçdiyi keşməkeşli yola bir daha nəzər saldı. Şübhəsiz ki, vaxtilə hakimiyyətdə boşluq yaranmasaydı, şəxsi ambisiyalar kənara qoyulub hərc-mərcliyin qarşısı alınsaydı, Azərbaycan torpaqları işğala məruz qalmazdı. Məhz daxildə baş verən xaos nəticəsində biz tədricən həm müstəqilliyimizdən, həm də müstəqil qərarvermə imkanlarımızdan uzaq düşmüşdük.

Bu gün əldə olunan nəticələr bir daha göstərir ki, müstəqillik böyük nemət və mühüm nailiyyətdir. Azərbaycan bu gün sözdə deyil, əməldə müstəqil siyasət yürüdür. Necə ki, Ümummilli Lider Heydər Əliyev bildirirdi: “Biz özümüz öz taleyimizin sahibiyik”. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də onu göstərir ki, atılan hər bir addım dövlətin və xalqın maraqlarına xidmət edir".

Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və antiterror tədbirləri zamanı əldə edilən nəticələr Azərbaycan xalqının sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Qürurverici məqam ondan ibarətdir ki, bu yenidənqurma prosesində dövlətlə xalqın həmrəyliyinin şahidi oluruq.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunur. Görülən işlər həm daxili bazar, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Atılan bütün addımlar Qarabağın və ümumilikdə Azərbaycan iqtisadiyyatının dünyaya açılması deməkdir.

Yeni müəssisələrin yaradılması məşğulluğun təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu, təkcə Qarabağa qayıdan əhali üçün deyil, digər rayonlardan olan vətəndaşlar üçün də yeni imkanlar yaradır. Dövlət tərəfindən müəssisələrin davamlı fəaliyyətinə hərtərəfli dəstək göstərilir. Belə ki, onlara güzəştli kreditlər ayrılır, eyni zamanda, özəl investisiyalar təşviq olunur. Bu proses zəncirvari şəkildə sənayenin inkişafına, yerli istehsalın təşviqinə, ixrac potensialının genişlənməsinə, idxaldan asılılığın azalmasına və məşğulluğun artmasına xidmət edir. Bu, iqtisadi dayanıqlılıq deməkdir.

"Özəl investorlar üçün geniş imkanların yaradılması da Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilir. Bu isə özəl sektor üçün risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müəssisələrin xammal tədarükünün daxili bazar hesabına təmin olunması isə özünü təmin edən iqtisadiyyatın formalaşmasına ciddi töhfə verir.

Müasir dövrdə dünya əvvəlkindən daha sıx şəkildə bir-biri ilə əlaqəlidir. Məhsul və ticarətlə yanaşı, ideya və mədəniyyətlərin də beynəlxalq inteqrasiyası prosesi gedir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan bu gün bərpa və quruculuq mədəniyyəti nümayiş etdirir. Mədəni təsirlər isə inkişafı təşviq edən mühüm amillərdəndir.

Bununla yanaşı, qlobal iqtisadi mühitdə sənayeləşmə strategiyalarının düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu strategiyalar yerli ekoloji və iqtisadi amillərə əsaslanır ki, nəticədə miqyas iqtisadiyyatı güclənir və ölkələrə rəqabət üstünlüyü qazandırır. Azərbaycan da bu istiqamətdə əzmlə irəliləyir və artıq rəqabət üstünlüyü prinsipi əsasında fəaliyyət göstərmək imkanına malikdir.

Bu gün hər bir istehsal vahidi üzrə məhsuldarlığın artdığı müşahidə olunur. Regionda həyata keçirilən inkişaf çoxşaxəlidir. Texniki və institusional mexanizmlərdə aparılan dəyişikliklər də ümumi inkişafa müsbət təsir göstərir. Ənənəvi üsullardan deyil, istehsalı daha yüksək səviyyəyə qaldıran müasir texnologiyalardan istifadə olunur.

İqtisadi sabitliyin uzunmüddətli qorunması və dayanıqlı inkişaf məqsədlərinin təmin edilməsi istiqamətində artıq konkret nəticələr əldə olunub. Şuşa-Laçın yolunun genişləndirilməsi, tunellərin inşası turizmin inkişafı əldə olunan çoxşaxəli nailiyyətlərin göstəricisidir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr kommunikasiya idarəçiliyinin yüksək əhəmiyyətini də ortaya qoyur. Nəzərə alsaq ki, kommunikasiya layihə idarəetmə planının əsas elementlərindən biridir və məqsəd maraqlı tərəflərin tələblərini qarşılamaqla uğurlu layihələrin icrasını təmin etməkdir, qeyd edilməlidir ki, Azərbaycanda dövlət qurumları arasında koordinasiya və dövlət-özəl tərəfdaşlığı yüksək səviyyədədir.

Bütövlükdə dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzurun hər qarışına səfər etməsi, görülən işlərlə şəxsən tanış olması və prosesə birbaşa nəzarət etməsi təqdirəlayiqdir. Xüsusilə Müstəqillik Günündə və Qurban bayramı ərəfəsində Müzəffər Ali Baş Komandanımızın Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstəsi qoyması xalqımız tərəfindən yüksək rəğbətlə qarşılanır və böyük qürur hissi doğurur",- deyə A. Badamov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq