Azərbaycan Dövlət İnformasiya Agentliyi

O, bənzərsiz ifaçılığı ilə muğam sənətinin yüksək zirvələrini fəth etmiş sənətkardır

O, bənzərsiz ifaçılığı ilə muğam sənətinin yüksək zirvələrini fəth etmiş sənətkardır

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 108 il ötür

Bakı, 12 fevral, AZƏRTAC

Bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

AZƏRTAC xəbər verir ki, 1911-ci il fevralın 12-də Bakıda dünyaya göz açan sənətkarın anadan olmasından 108 il ötür.

Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov İçərişəhərdə boya-başa çatıb.

Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meyilini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.

Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

Bəhram Mansurov 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib.

Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.

Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib.

Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.

Unudulmaz sənətkar B.Mansurov 1985-ci ildə dünyasını dəyişsə də, onun yaratdığı ölməz sənət inciləri bu gün də neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir.

Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkmişlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkmişlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Almaniya şirkəti: Azərbaycandakı istehsalçılara xarici məhsullardan asılılığın aradan qaldırılması istiqamətində yardım göstəririk

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

® “Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında toplayıb

Qətərdən qaz tədarükünün dayandırılması Pakistanı alternativ mənbələr axtarmağa vadar edib

Yaponiya sosial medianın təsiri nəticəsində artan cinayətkarlıqla mübarizə aparır

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür VİDEO

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür VİDEO

Bakıda yeni park salınır

ABŞ FTB-nin sabiq direktoru məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunur

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir VİDEO

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir VİDEO

Bakı Kitab Sərgisində yeni təşəbbüs: “Dostluq” klubu və “Səyyar kitabxanam” VİDEO

Bakı Kitab Sərgisində yeni təşəbbüs: “Dostluq” klubu və “Səyyar kitabxanam” VİDEO

İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir

Migel Anxel Moratinos: Bakı Prosesi müxtəlif maraqlı tərəfləri bir araya gətirib

TAU-da seminar: Oksford və Bilkent məzunu təcrübəsini tələbələrlə bölüşüb

Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir

Azərbaycanın beş cüdoçusu Asiya Kubokunda mübarizə aparacaq

Nazir müşaviri: Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil VİDEO

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil VİDEO

Mədəni və yaradıcı sənayelərdə biznesə dəstək – sonuncu panel sessiya

Mombasada Azərbaycan-Keniya əlaqələrinin inkişafından danışılıb

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır VİDEO

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır VİDEO

İcraçı direktor: Azərbaycanda iqtisadi şaxələndirmə prioritet hesab edilir

Mədəni sahibkarlıq və “yumşaq güc”: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda növbəti panel

BMT Baş katibinin müavini: Forumun mövzusu müasir reallığı tam əks etdirir

Dialoq Forumu çərçivəsində mədəni və yaradıcı sənayelərə həsr olunan beynəlxalq tədbir təşkil edilib

Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər VİDEO

Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər VİDEO

MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə Fəaliyyət Planı ekspertlər qrupu tərəfindən təsdiqlənib

Çempionlar Liqası: “Sabah” basketbol komandası Fransa təmsilçisinə qarşı

Ötən gün 36 cinayətin açılması təmin olunub

“Report”un 12 yaşı tamam olur

Metronun “Həzi Aslanov-İçərişəhər” istiqamətində qatarların birbaşa hərəkəti bərpa olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihələri üzrə indiyədək 11,4 mindən çox məzun hazırlanıb

ABİF: Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi istiqamətində çalışırıq

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb

İsraildə parlament seçkiləri keçirilir

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb VİDEO

Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb VİDEO

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir

Rejissor Mikayıl Mikayılov: “Turandot” bütöv bir kainatdır – MÜSAHİBƏ

Şəkidə iki şəhid ailəsi ziyarət edilib

Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir VİDEO

Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir VİDEO

Azərbaycan Çində keçirilən beynəlxalq enerji konfransında təmsil olunub

Azərbaycanlı tələbələr Çində təhsil və yenilənmiş HSK imtahanı barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər VİDEO

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər VİDEO

“Araz-Naxçıvan” futzal klubu Çempionlar Liqasında mübarizəyə başlayır

BMT: Münaqişə və müharibələrdə hər gün təqribən 25 qadın və qız öldürülür

Skuterin iştirakı ilə baş verən qəzada 1 nəfər həyatını itirib VİDEO

Skuterin iştirakı ilə baş verən qəzada 1 nəfər həyatını itirib VİDEO

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır VİDEO

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır VİDEO

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib

Masallı, Ağstafa və Samuxun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk oyununa çıxır

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub VİDEO

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub VİDEO