MƏDƏNİYYƏT
“Qarabağ abidələri uşaqların gözü ilə” müsabiqəsinə yekun vurulub
![](/files/galleryphoto/2021/3/1200x630/16362063752104046383_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362063753993546341_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636206375298068912_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/1636206375788620097_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362063753805349484_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16362063754874442563_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş ”Qarabağ abidələri uşaqların gözü ilə” adlı 10-15 yaş arası məktəblilərin ümumrespublika əl işləri müsabiqəsinin yekun mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə eşitmə və görmə qabiliyyəti məhdud olan oxucunun da əl işi təqdim edilib. Təqdimatda kitabxana əməkdaşlarının hazırladığı “Qarabağ abidələri uşaqların gözü ilə” adlı videoçarx təqdim olunub.
Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqların milli vətənpərvərlik ruhunda tərbiyəsinin vacib olduğunu vurğulayıb. Müsabiqənin əhəmiyyətindən danışan Z.Dadaşova bildirib ki, uşaqlara milli-mənəvi dəyərlərin aşılanmasında valideynlərin rolu mütləqdir.
Sonra müsabiqə iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarixi və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə təşkil edilib.