“Qonağım ol” rubrikası davam edir
Bakı, 16 iyul, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı gənc yazıçı, jurnalist Şahanə Müşfiq olub.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində oxucular gənc yazıçı ilə həmsöhbət olmaq imkanı əldə ediblər.
Şahanə Müşfiq həyat və fəaliyyəti, “Qaranlıqlar günəşi”, “Şahanənin nağılı” və yeni işıq üzü görən povest və hekayələrdən ibarət “Hərənin öz romanı” adlı əsərləri haqqında ətraflı məlumat verib, həmçinin işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfərindən bəhs edib.
Sonra Ş.Müşfiq canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandırıb.
Qeyd edək ki, onlayn görüş kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]
“ANİMAFİLM” jurnalı işıq üzü görüb
- 13.05.2026 [14:57]
İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı
- 13.05.2026 [14:19]