MƏDƏNİYYƏT
“Qonağım ol” rubrikasının növbəti qonağı Xalq rəssamı Arif Hüseynov olub
![](/files/galleryphoto/2021/1/1200x630/1615558960630026429_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16155589606080732618_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16155589603447837516_1200x630.jpg)
Bakı, 12 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynov olub.
AZƏRTAC xəbər verir ki, rubrikanın əsas məqsədi rəssamla uşaqlar arasında virtual görüşü təmin etməklə, onların intellektual səviyyəsinin inkişafını stimullaşdırmaq, uşaqları rəssamın yaradıcılığı ilə yaxından tanış etmək və canlı yayım vasitəsilə diskussiya aparmaq imkanı yaratmaqdır.
Virtual görüş çərçivəsində Arif Hüseynov izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri, işləmə texnikası, əldə etdiyi nailiyyətlərdən, sənətdə etdiyi yeniliklər və dünya rəssamlıq sənəti haqqında ətraflı məlumat verib.
30-dan çox uşaq və bir çox kitabların illüstratoru olan Arif Hüseynov realist rəssam olduğunu və əsərlərində səmimiyyətə üstünlük verdiyini bildirib.
Həmçinin, sənətkar canlı yayıma qoşulan izləyicilərin “Sizin həyatınızı, ruh halınızı əks etdirən əsər hansıdır”, “Ətraf mühitdəki rəng çalarlarına baxış bucağınız necədir”, “Əsərlərinizdə ən çox hansı rənglərə üstünlük verirsiniz” kimi bir çox müxtəlif maraqlı suallarına cavab verib.
Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən gerçəkləşib.