“Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazıçısı olacaq
Bakı, 18 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olacaq.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.
Görüş Novruz bayramına təsadüf etdiyi üçün yazar yaradıcılığında Bahara və Novruz bayramına həsr etdiyi nağıl, şeir və hekayələri haqqında ətraflı məlumat verəcək.
Qeyd edək ki, onlayn görüş martın 19-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]