“Rənglər vadisi” adlı rəsm sərgisi təşkil olunub
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Kitab Mərkəzində “Rənglər vadisi” adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə “Feniks Art Studio” uşaq yaradıcılıq mərkəzinin 6-12 yaşlı şagirdlərinin 30-dan çox kağız və kətan üzərində işlənmiş və müxtəlif mövzuları əhatə edən rəsm əsərləri nümayiş olunub.
Sonda azyaşlı rəssamlar sertifikatlarla təltif olunublar.