Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti oxuculara təqdim edib
Bakı, 28 yanvar, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.
AZƏRTAC xəbər verir ki, vəsait Aşıq Hüseyn Şəmkirlinin 210 və Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə hazırlanıb.
Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Oxucular birinci hissədə Aşıq Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumatlandırılır.
Vəsaitin II hissəsi isə “Ələsgərəm, hər elmdən halıyam...” adlanır. Göstəricidə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunub və istifadəçilərə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyələr verilib.
Oxucular http://clb.az/elmi-metodika_k74.html linki vasitəsilə vəsaitdən yararlana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]