CƏMİYYƏT


Şahmat ömrü uzadır

Bakı, 17 yanvar, AZƏRTAC

Avstraliya mütəxəssisləri müəyyən ediblər ki, şahmat oynamaq aydın zəka və fəal həyat tərzi tələb edir. Bu amillərin məcmusu şahmatçıların hətta idmanın fiziki növlərinin nümayəndələrindən də çox yaşamasına imkan verir.

Melburn Universitetinin mütəxəssisləri uzunömürlülüyün reseptini müəyyən ediblər. İdmanın intellektual növləri ilə məşğul olmaq ömrü yeddi il uzadır. AZƏRTAC “360” kanalına istinadla xəbər verir ki, söhbət, o cümlədən şahmatdan gedir.

Alimlər tədqiqatın gedişində 16 min şahmatçının sağlamlıq durumunu təhlil ediblər. Bu barədə məlumatı şahmat oynamayan adi insanın göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, şahmat həvəskarları bu sahədə hətta idmanın fiziki növləri ilə məşğul olan rəqiblərindən də üstündürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.