Şotlandiyada dəyəri bir milyon funt sterlinq olan şahmat fiquru tapılıb
Bakı, 7 iyun, AZƏRTAC
Şotlandiyada dəyəri bir milyon funt sterlinq (2 milyon 150 min manat) olan şahmat fiquru tapılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Edinburq şəhərində yaşayan bir ailəyə məxsus köhnə əşyaların içində qədim şahmat fiquru tapılıb. Həmin ailənin üzvlərindən biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub. Bu fiqur isə təxminən 5 funt sterlinqə alınıb. Ailə başçısı fiquru Londonun “Sotbis” hərrac evinə apardıqda eşitdiyi xəbərdən heyrətə gəlib. Həmin fiqurun 1831-ci ildə Luis adasında tapılan xəzinədəki şahmat dəstinə aid olduğu müəyyən edilib. Belə ki, iki əsr əvvəl tapılan xəzinədə qızıl əşyaları ilə yanaşı, şahmat fiqurları da olub. Həmin vaxt tapılan 93 fiqurdan 82-si Londondakı Tarix Muzeyində, 11-i isə Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır. İlkin olaraq bir milyon funt sterlinq dəyərində qiymətləndirilən fiqur iyulun 2-də Londonda hərraca çıxarılacaq.
Morj və balina dişlərindən düzəldilmiş fiqurların hündürluyü 9 santimetrdir. Onların mənşəyi və harada düzəldiyi barədə dəqiq məlumat yoxdur. Bir fərziyyəyə görə, bu şahmat fiqurları XII-XIV əsrlərdə Norveçin Tronxeym şəhərində düzəldilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [12:39]
“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
- 20.08.2026 [12:37]
İntizam Komitəsi “Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza verib
- 20.08.2026 [12:29]
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
- 20.08.2026 [12:17]
“Gəncə” klubu ABŞ-dən olan basketbolçunu transfer edib
- 20.08.2026 [12:02]
Ferstappen “Red Bull” komandası ilə müqaviləsinin müddətini uzadıb
- 20.08.2026 [11:47]
Mahmud Qurbanov: “Qarabağ” çətin oyunların reseptini yaxşı bilir
- 20.08.2026 [10:56]
Dünya tennisinin 1 nömrəsindən gözlənilməz məğlubiyyət
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub
- 19.08.2026 [22:12]
Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb
- 19.08.2026 [22:08]
Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb
- 19.08.2026 [21:54]
III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub
- 19.08.2026 [21:44]