Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın dirçəlməsi təkcə Qarabağın, Azərbaycanın yox, bütün türk dünyasının yüksəlişidir

Şuşanın dirçəlməsi təkcə Qarabağın, Azərbaycanın yox, bütün türk dünyasının yüksəlişidir

Sumqayıt, 11 may, Ətrabə Rzayeva, AZƏRTAC

Qarabağ Zəfərinin tarixi əhəmiyyəti olduqca böyükdür. Şuşanın işğaldan azad olunması isə tarixi əhəmiyyəti ilə təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün dəyərlidir. Şuşanın mənfur düşmən tapdağından azad edilməsi türk dünyasının birliyinə, dirçəlişinə yeni təkan verəcək tarixi hadisədir.

Bu sözləri AZƏRTAC-ın müxbirinə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Şəfa Əliyev deyib.

O qeyd edib ki, SSRİ-nin süqutundan sonra yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan misli görünməmiş təhdidlərlə və təhlükələrlə üzləşmişdi. Ermənistan silahlı qüvvələri havadarlarının dəstəyi və əldə etdikləri silahlarla əzəli Azərbaycan torpaqlarını işğal etdilər. Qədim mədəniyyət mərkəzimiz olan Şuşanın işğalı isə bütün türk dünyasının belini əydi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə inkişaf başladı, ordumuz yenidən quruldu, “Əsrin kontraktı” imzalandı, respublikamızın beynəlxalq aləmdə nüfuzu artdı.

Şəfa Əliyev bildirib ki, Ulu Öndərin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün iqtisadi inkişaf modelini qlobal çağırışlara uyğun maksimum təkmilləşdirməyə nail oldu. Ölkənin hər yerində quruculuq işlərinə başlandı, infrastruktur bazası gücləndirildi, şəhərlər, qəsəbə və kəndlərimizin siması dəyişdi. Məcburi köçkünlər çadır şəhərciklərindən müasir və rahat yaşayış massivlərinə köçürüldü. Xalqın inamı bütün sahələrdə artmağa başladı və Qarabağın işğaldan azad olunması istiqamətində əhəmiyyətli addımlar atıldı. Milli Ordunun müasirləşdirilməsi, peşəkarlığının artırılması, müdafiə sənayesinin yaradılması, ordumuzun ən yüksək texnologiyalardan ibarət silahlarla təchiz edilməsi, onun milli ruhunun artırılması başlıca hədəflər kimi nəzərdə tutuldu və bu istiqamətlərdə əməlli addımlar atıldı.

“Bütün bunlar 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün müddətində davam edən Qarabağ Zəfərində öz sözünü dedi. Rəşadətli Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürdü, məğlubedilməzlik mifi yaradılmış erməni hərbi birləşmələrini və silahlı qüvvələrini zəlil günə saldı. Düşmən canını qurtarmaq üçün iri texnikaları, silah və sursatları ataraq siçan kimi gizlənməyə deşik axtardı. Ermənistan rəhbərlərinin, siyasətçilərinin, dünyanın aparıcı ölkələrində olan diaspor nümayəndələrinin və rəhbərlərinin gecə-gündüz şivən salmalarına baxmayaraq, ölkəmiz xarici dairələrin təsirindən çəkinmədi və torpaqlarımızı düşməndən azad etdi”, - -deyə Şəfa Əliyev vurğulayıb.

Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri deyib: “Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Prezident İlham Əliyev isə deyib: “Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq”. Türk dünyası üçün mühüm hadisələrin baş verdiyi bir şəraitdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olundu. Sevindirici haldır ki, artıq Şuşada genişmiqyaslı bərpa və dirçəliş işləri görülür. Bir tərəfdən infrastruktur layihələri həyata keçirilir, mədəniyyət abidələri bərpa olunur, digər tərəfdən isə şuşalıların öz doğma yurdlarına qayıtması üçün evlər tikilir. Bir sözlə, Şuşa inkişaf edir, tarixi və müqəddəs simasını özünə qaytarır, həm də sürətlə dirçəlir”.

Şuşanın tezliklə nəinki regionun, eləcə də dünyanın ən cəlbedici şəhərlərindən birinə çevriləcəyinə əminliyini bildirən Şəfa Əliyev vurğulayıb ki, Şuşa Azərbaycanın, Cənubi Qafqazın mədəni, eyni zamanda, ictimai-siyasi həyatında strateji rol oynamaqla bərabər, həm də bütöv türk dünyasının coğrafiyasının birləşdirilməsində, mədəni-iqtisadi əlaqələrinin gücləndirilməsində önəmli rol oynayacaq, Türk dünyasının tarixi yüksəlişinə əsaslı töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib