DÜNYA
Tbilisidə etiraz aksiyası yenidən başlayıb
Tbilisi, 13 iyul, AZƏRTAC
İyulun 13-də Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında aksiya yenidən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, sayca 24-cü olan aksiyanın tələbi dəyişməz qalır. Onlar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.
Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər dinc aksiyanı davam etdirəcəklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, eyni tələblə parlamentin binası önündə quraşdırılmış çadırlarda bir neçə gənc 20 günə yaxındır aclıq aksiyası keçirir. Bu gün onlardan ikisinin səhhətində problem yaranıb. Hər iki gənc xəstəxanaya yerləşdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]