ELM VƏ TƏHSİL


Türkcə qədim mətnlərin tərcüməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi və Türkiyə Respublikasının Türk Dil Dərnəyi türkcə mətnlərin hərfi və yazılı tərcüməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, əməkdaşlığa əsasən, türkcə qədim yazı mətnlərinin, əlyazmaların ortaq türk əlifbası ilə transkripsiyası və tərcüməsi, qohum dillərdə tərcümə zamanı ortaya çıxan problemlərin müzakirəsi və həlli istiqamətində addımlar atılması, türkologiyanın və türk dillərinin müasir problemlərinin vahid müstəvidə araşdırılması nəzərdə tutulur.

Mütəmadi toplantıların keçirilməsi, müzakirələrin aparılması və müzakirələr haqqında mətbuata maarifləndirici yazıların verilməsi, onlayn iclaslarda oxunan məruzələrin kitab şəklində toplanması və birgə diskussiyalarda əldə edilən nəticələrin çap olunması müqavilədə öz əksini tapıb.

Əməkdaşlıq memorandumunu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov və Türk Dili Dərnəyinin prezidenti Gökbey Uluç imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.