YUBİLEY TƏBRİKLƏRİ
Türkiyənin Anadolu Agentliyinin baş direktoru
Şenol Kazancı
Cənab Aslan Aslanov,
İki dövlət, bir millət olan Türkiyə və Azərbaycanın milli xəbər agentlikləri Anadolu Agentliyi və AZƏRTAC arasında beynəlxalq əməkdaşlıq, həm ikitərəfli, həm də üzvü olduğumuz beynəlxalq təşkilatlar çərçivəsində güclənərək davam etməkdədir.
Dünya miqyasında jurnalist fəaliyyətləri həyata keçirən Anadolu Agentliyinin ofislərinin məqsədli şəkildə hücuma məruz qaldığı və müxbirlərinin yaralandığı hadisələr zamanı, qlobal jurnalistika prinsipləri çərçivəsində beynəlxalq mətbuata etdiyimiz qınama çağırışlarına operativ və tutarlı cavablar verən xəbəri agentliyi AZƏRTAC olub. Buna görə Anadolu Agentliyinin çətin anlarında dəstəklərini əsirgəməyən başda siz, dəyərli həmkarlarım olmaqla, bütün AZƏRTAC kollektivinə ən dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan və Türkiyənin tarixi qardaşlığına bir nümunə kimi, Qurtuluş Savaşı illərində yanımızda olan, səsimizi dünyaya çatdırmaq üçün Mustafa Kamal Atatürk ilə birgə mübarizə aparan və həmçinin 1925-ci ildə Anadolu Agentliyi İdarə Heyətinin sədri olmuş hüquqşünas, siyasətçi və jurnalist Əhməd Ağaoğlunun ölümünün 81-ci ildönümündə fürsətdən istifadə edib onu yad etmək istəyirəm.
AZƏRTAC Azərbaycanın ən mühüm xəbər mənbəyi olmaqla yanaşı, xüsusilə son illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) uğurla sədrlik etdiyi qlobal mətbuat platformaları və toplantılarla beynəlxalq mediadakı təsirini və vizyonunu artırıb.
AZƏRTAC-ın bu uğurlu işlərinin çoxalaraq davam edəcəyinə əminəm. Sizin şəxsinizdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 100 illik yubileyini ən səmimi diləklərimlə təbrik edir və uğurlarınızın davamını arzulayıram.