SİYASƏT
Ukraynanın “5” telekanalı Xocalı soyqırımı ilə bağlı Bakıdan geniş süjet yayımlayıb
Kiyev, 1 mart, AZƏRTAC
Ukraynanın tanınmış “5” telekanalında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda olan telekanalın jurnalisti Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşündən, habelə Xocalı şahidlərindən söhbət açıb. Süjetdə yürüşdə iştirak edən azərbaycanlılardan müsahibələr götürülüb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlı qətlə yetirilib.
Jurnalist, həmçinin Xocalı sakininin başına gətirilən işgəncə ilə bağlı süjet yayımlayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]