Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Şairi Qabilin yeddicildlik külliyyatı çap olunub

Bakı, 27 noyabr, AZƏRTAC 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Qabilin “Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib. Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, yazıçı-publisist, filoloq, tərcüməçi Mahir Qabiloğlu tərəfindən tərtib edilərək “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabın 520 səhifəlik birinci cildinə Qabilin şah əsəri sayılan və 1976-cı ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatına layiq görülən “Nəsimi” mənzum romanı daxil edilib. Kitabların ilk cildinin “Nəsimi” ilə başlaması heç də təsadüfi deyil. Qabilin poeziyasını sevənlər gözəl bilirlər ki, o, daim klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun “Nəsimi”si məhz bu baxımdan sevgiyə canlı bir misaldır. Söz sənəti və Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur. On il üzərində çalışdığı poemasında - bu əsərə mənzum roman da deyirlər - Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, fiziki-mənəvi aləmini aça bilmişdir. Nəticədə Qabilin “Nəsimi”sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilib. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır. Şairin televiziya verilişlərinin birində qeyd etdiyi kimi, bu onun öz Nəsimisidir. “Ədəbiyyatımızın inkişafında Qabilin xidmətləri çox böyükdür”, - deyən ümummilli lider Heydər Əliyev şairin yaradıcılığına hər zaman yüksək qiymət vermiş və bu dəyər özünü “Nəsimi” mənzum romanına təqdim olunan Dövlət mükafatında bir daha əyani şəkildə göstərir.

“Əsərlər” adlı külliyyatın ikinci cildində (520 səh.) şairin ayrı-ayrı illərdə yazdığı şeirləri toplanıb. Kitab şairin on üç yaşında yazdığı “Elanın ölümü” və ilk çap əsəri olan (4 aprel 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən bu şeirlə Qabil ədəbiyyata gəlib) “Gəl, baharım!” şeiri ilə başlanır. Bu cilddə oxucu Qabilin on səkkiz yaşından başlayaraq keçdiyi yaradıcılıq yolunu daha yaxından izləyəcək. Dillər əzbəri olan və Qabilin yaradıcılıq pasportu sayılan “Səhv düşəndə yerimiz” adlı klassik şeiri də bu cilddə yer alıb.

“Əsərlər” adlı külliyyatın beş yüz iyirmi səhifəlik üçüncü cildində şairin müxtəlif illərdə yazdığı şeirləri və poemaları - yazıldığı dövrdə poeziya hadisəsinə çevrilən və bu gün də sevilə-sevilə oxunan “Tramvay parka gedir”, “Türkün qəbri”, ”Mehparə” poemaları, “Azərbaycan əsgəri” kimi tanıdığımız “Ümid sənədir ancaq” və hər zaman müasir səslənən “Sonuncu mogikan”, “Nəsimi bazarında”, “Çadırlara alışmayın”, “Qoru özünü” şeirləri yer alıb.

Xalq Şairi Qabil həm də gözəl rübailəri ilə yadda qalıb. Bu səbəbdən də “Əsərlər” adlı külliyyatın dördüncü cildi (528 səh.) şairin müxtəlif illərdə yazdığı 870 rübaisi ilə açılır. Hər biri bir şeirə bərabər Qoşayarpaqları, Dördlükləri və müxtəlif illərdə yazdığı şeirləri ilə davam edir.

Beş yüz iyirmi səkkiz səhifəlik beşinci cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır. Günümüzün aktual mövzusu olan dil problemi, dilimizin saflığı uğrunda mübarizə, ümumi yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi baxımından Qabilin beşinci cildin sonunda yer alan “Adsız-ünvansız iradlar”ı bu gün də gənc jurnalistlərimiz, yazıçılarımız üçün gözəl mənbədir.

Külliyyatın 6-cı cildi (528 səh.) Xalq Şairinin 1980-85-ci ildə yazdığı, sovet quruluşunun ifşasına yönələn “Ömür həbləri” romanı ilə açılır. Xalq Yazıçısı İsmayıl Şıxlının “Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl bir mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.

Nəhayət beş yüz iyirmi səhifəlik “Əsərlər” adlı külliyyatın yeddinci cildində isə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və “Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan “Azərbaycan SSR Prezidentinə suallar” adlı yazı ilə başlayan yeddinci cild tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Mahir Qabiloğlu təkcə tərtibçiliklə kifayətlənməyib. Bütün cildlərdə iriliyindən-xırdalığından asılı olmayaraq hər bir şeirin, poemanın, nəsr və publisistik əsərin əlifba və cild üzrə axtarılması sistemini yaradıb. Biblioqrafiya verib. Yeddinci cilddə, həmçinin yüzdən çox fotoşəkil də yer alıb ki, bu da Qabilin dörd yaşından 81 yaşınadək keçdiyi həyat yolu barədə qısa da olsa əyani təəssürat yaradır.

Bir məqamı da xüsusilə qeyd edək ki, tərtibçi və redaktor Mahir Qabiloğlu atasının yaradıcılığına dar çərçivədən yanaşmayıb. Külliyyatda SSRİ, Lenin, Stalin, o dövr haqqında yazılan şeirlər də öz əksini tapıb ki, bu da tariximizə olan hörmətin təcəssümü olmaqla yanaşı, Qabili hərtərəfli tanımağımıza zəmin yaradır. Cildlərdə, o cümlədən apastrof da qorunub saxlanılıb.

Bu nəşrlər tərtibçinin böyük zəhməti hesabına başa gəlib. O, bununla bir daha əsl vətəndaşlıq və oğulluq missiyasının nədən ibarət olduğunu göstərib. Özünü bir filoloq kimi təsdiq edib. Bir institutun görməli olduğu işi qısa müddətdə başa çatdırıb, ədəbiyyat tariximizə ərməğan, əsrlərə yadigar, kitabın əvvəlində özü qeyd etdiyi kimi “xatirə” qoyub.

Yeri gəlmişkən qeyd edək ki, Xalq Şairi Qabil şəxsiyyət bütövlüyü ilə seçilən elə böyük sənətkarlarımızdandır ki, bu, onun yaradıcılığında da öz ifadəsini tapıb. Onun gözəl lirik, epik-dramatik şeirləri ilə yanaşı, hər cəhətdən tamamlanmış poemaları oxucular tərəfindən həmişə hərarətlə qarşılanıb. Elə buna görə də Qabilin əsərləri həmişə oxunur, əzbərlənir, ən mötəbər tədbirlərdə həm qabilsevərlər, həm də görkəmli qiraət ustaları tərəfindən şövqlə səsləndirilir. Eyni zamanda, xalq tərəfindən həmişə sevilən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan “Səhv düşəndə yerimiz”, “Bakılı”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir-məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı”, “Göygöl”, “Mübarəkdir Qız qalası”, “Məhəbbət deyil”, “Küləkli havalarda, yağışlı havalarda”, “Türkün qəbri”, “Ümid sənədir ancaq”, “Gedən yerim olaydı”, “Əslində”, “Sənə qurban” kimi şeirləri və “Nəsimi" kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyaşarlıq qazanıb.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. Heç bir rəsmi vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən nadir vətəndaşlıq mövqeli, təəssübkeş şair idi. Akademik Tofiq Hacıyev “Qabilin qabilliyi” adlı məqaləsində yazırdı: “Qabil deməli olduğu sözü heç vaxt saxlamayıb. Həmişə düşünüb. Tanrı bu şairlik istedadını ona verib ki, xalqına gərək olan sözü desin”. Bu mənada Qabili, sözün əsl mənasında, xalqa bağlı olan bir şair hesab edirik. O, heç vaxt xalq haqqında mücərrəd danışmayıb, onun sevincinə şərik olub, dərdindən-sərindən yazıb. Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslərlə, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirik nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Bu yeddi cildlikdə şairin bütün külliyyatı ardıcıllıqla, sistemli şəkildə çap olunub. Bütün cildlərdə tərtibçi tərəfindən şairin qısa, lakin dolğun tərcümeyi-halı verilib. Qeyd edək ki, “Oğlu Mahirdən xatirə” ifadəsi ilə açılan bu yeddicildlikdə redaktə və korrektə zamanı həmin dövrün qrammatik qaydaları nəzərə alınıb. Çoxcildliyin redaktorluq missiyasını da yerinə yetirən Mahir Qabiloğlu bu işin də öhdəsindən layiqincə gəlib. Şairin bütün külliyyatının toplandığı bu yeddicildlikdə ona korrektorlar - Sevinc, Suğra, Bəyim İmamverdiyevalar, Nofəl Mehdiyev yardımçı olublar. Bədii tərtibatçı Zaur Qafarzadənin nəfis, klassik tərtibatını isə xüsusi qeyd etmək lazımdır.

İnanırıq ki, bu kitablar nəinki Qabili şeirsevərlərə bir daha yaxından tanıdacaq, həm də gələcək tədqiqatçılar üçün şairin irsinin daha dərindən və hərtərəfli tədqiqinə köməklik göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib