Xalq rəssamı Arif Hüseynovla virtual görüş keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Əsərlərində tariximizə, onun zəngin etnoqrafiyasına, adət-ənənələrinə, milli dəyərlərimizə bağlı olan rəssamlardan biri də görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovdur. Sənətkar biri-birindən maraqlı saysız-hesabsız qrafik işləri, illüstrasiyaları ilə keçmişlə bu günü özündə bişləşdirən mənəvi körpü yaradır.
Uşaqların intellektual səviyyəsinin inkişafını stimullaşdırmaq məqsədilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasında görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovla virtual görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində rəssam izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri haqqında ətraflı məlumat verəcək. Həmçinin canlı yayıma qoşulan izləyicilərin sualları cavablandıracaq.
Qeyd edək ki, onlayn görüş martın 12-də saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]