Xaqani Şirvaninin 895 illiyinə həsr olunan metodik vəsait hazırlanıb
Bakı, 11 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xaqani Şirvaninin 895 illiyinə həsr olunan metodik vəsaiti istifadəçilərə təqdim edib.
AZƏRTAC xəbər verir ki, vəsait kitabxanaların uşaq şöbələri Mərkəzləşdirilimiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, və məktəblər üçün nəzərdə tutulub.
Ədibin, zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, “Töhfətul-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətul-İraqeyn” poeması daxildir.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan və dünya poeziyasının qiymətli incisi” adlanır və Ə. Xaqaninin həyat və yaradıcılığından bəhs edir. İkinci hissədə isə Ə. Xaqani yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.
Aşağıdakı linkdən metodik vəsaitlə yaxından tanış ola bilərsiniz.
https://www.clb.az/kamal-mayasnda-bir-zrry-dnn-air-xaqani-irvani_d3057.html
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]