Yaponiyada Olimpiya xatirə markaları buraxılacaq
Tokio, 2 fevral, AZƏRTAC
Yaponiya poçtu 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar xüsusi xatirə markaları buraxacaq.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, layihəyə əsasən, üzərində Oyunların embleminin, “Miraytova” və “Someyti” adlı talismanların olduğu hər vərəqdə 10 marka yerləşəcək.
Markalarda, həmçinin tikintisi hələ davam edən yeni milli stadionun və 1964-cü ildə Tokio Olimpiadasının keçirildiyi idman obyektinin əks olunacağı da bildirilir. Üzərində markalar olan hər vərəqin qiyməti 920 yen və ya təqribən 8 dollar 40 sent olacaq. Yaponiya poçtu bu vərəqdən bir milyon ədəd buraxacaq və martın 12-dən satışa çıxarılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [20:11]
Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb
- 19.08.2026 [17:49]
Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb
- 19.08.2026 [17:11]
Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb
- 19.08.2026 [16:32]
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- 19.08.2026 [16:09]