“Yaşıl kitab” filmi Amerika Prodüserlər Gildiyası mükafatının baş nominasiyasında qalib gəlib
Bakı, 21 yanvar, AZƏRTAC
Piter Farrellinin “Yaşıl kitab” (“Green Book”) ekran əsəri Amerika Prodüserlər Gildiyasının (PGA) “Ən yaxşı film” baş kateqoriyasında mükafata layiq görülüb.
AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, bu mükafatın təltif edilmə mərasimi Beverli-Hillzdə keçirilir, nəticələr isə PGA-nın “Twitter” səhifəsinə yerləşdirilir.
Əsas nominasiyada, həmçinin Bredli Kuperin baş rolda müğənni Ledi Qaqanın çəkildiyi “Ulduz doğuldu” lenti, “Qara pantera” kinokomiksi, Spayk Linin “Klanın qaradərili üzvü”, Con M.Çunun “Son dərəcədə zəngin asiyalılar”, yunanıstanlı rejissor Yorqos Lantimosun “Favorit qadın”, Con Krasinskinin “Sakit yer” qorxu filmi, meksikalı Alfonso Kuaronanın “Roma”, Adam Makkeyin “Hakimiyyət” və Brayan Singerin Böyük Britaniyanın “Queen” rok qrupu və onun solisti Freddi Merküridən bəhs edən “Bohema rapsodiyası” filmləri təqdim edilmişdi.
“Yaşıl kitab” filmində caz pianoçusu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-ın cənubuna səyahətindən danışılır. Ekran əsərində Viqqo Motrensen, Maherşala Ali və Linda Kardellini çəkiliblər. Ötən ilin sentyabrında film 43-cü Toronto Beynəlxalq Kinofestivalında Qran-Priyə də layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]