“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
Bakı, 11 iyun, AZƏRTAC
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bakı klubundan AZƏRTAC-a bildirilib ki, “qartallar” Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni sözləşmə bağlayıb.
Həmçinin cari mövsümün əvvəlində Enrike Kustodio ilə imzalanmış 1+1 illik anlaşmada nəzərdə tutulan daha bir il uzadılma bəndi qüvvəyə minib.