® ABB “ƏDV geri al” xidmətini “LeoBank” istifadəçiləri üçün də əlçatan edib
ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəsə əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır.
Belə ki, ABB-nin “ƏDV geri al” xidmətindən artıq “LeoBank” istifadəçiləri də faydalana bilərlər. İndi alış-veriş qəbzlərini ABB-nin, yaxud “LeoBank”ın mobil tətbiqində oxutmağınızdan asılı olmayaq geri qayıdan ƏDV məbləğləri eyni hesabda toplanır. Müştəri həmin vəsaitlərdən hər iki mobil tətbiq vasitəsilə istifadə edə bilir. Bundan əvvəl isə eyni imkan “Azercell” və “Hesab.az”la da yaradılıb. Beləliklə, alış-veriş çeklərini artıq həm “ABB mobile” tətbiqi, həm “Azercell”, həm “Hesab.az”, həm də “LeoBank” tətbiqi vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplamaq olar. “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qayıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.