® “Azercell” 2019-cu ilin ilk eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim edib
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir. Şirkət bu ilin ilk Eksklüziv mağazasını Faiq Əmirov küçəsi, 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca “Azercell” Eksklüziv mağazalarının sayı 21-ə çatıb.
Qeyd edək ki, yeni Eksklüziv mağaza ən müasir avadanlıqla təchiz olunaraq Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər istədiyi məhsulu sınaqdan keçirə, həmçinin onları müqayisə edə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri aktiv etməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar yardım edir. Həmçinin mağazada müştərilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksesuarlar, cihazlar əldə edə, eyni zamanda, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Eksklüziv ofislərdə nömrənin digər abunəçinin adına rəsmiləşdirilməsi və izahlı qaimə əməliyyatı istisna olmaqla bütün digər “Azercell” xidmətlərindən faydalanmaq mümkündür.
“Azercell” Zaqatala şəhərindəki müştəriləri üçün xüsusi kampaniya da keçirir. Belə ki, yanvarın ayının 24-dən etibarən 7 gün ərzində Zaqataladakı Eksklüziv mağazadan smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50 faizədək endirimdən yararlanmaq imkanı qazanacaq.
Qeyd edək ki, Zaqatala Eksklüziv mağazası, Bazar ertəsi - Şənbə 09:00 - 19:00 (fasiləsiz), Bazar günü 09:00 - 18:00 (fasiləsiz) abunəçilərə xidmət göstərəcək.
“Azercell”in ofislərinin ünvanları ilə tanış olmaq üçün, https://www.azercell.com/az/contacts/office/ səhifəsinə daxil olun. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.