® Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyi ilə keçirilib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Frankofoniya həftələrinin yekunu olan “Quoi? Où? Quand?” adlı konsert proqramının keçirilməsinə dəstək göstərib. Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, “Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ fransız dili və mədəniyyətini təşviq edir, tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.
“Bakcell” şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.