® Rusiyanın xəbər saytı Azərbaycanın tanınmış həkim-kosmetoloqu Fidan Mustafayeva haqqında yazıb
Rusiyanın aparıcı xəbər saytlarından olan “Lenta.ru” Azərbaycanın tanınmış həkim-kosmetoloqu Fidan Mustafayevanın uğurlu fəaliyyəti barədə məqalə hazırlayıb. Nəşr peşəkar həkimdən ekspert qismində estetik tibb və kosmetologiya üzrə müxtəlif mövzularda fikirlər alıb və geniş auditoriyaya çatdırıb. Sözügedən məqalədə Fidan Mustafayeva xanımlara aid ən vacib mövzulara toxunub və zəngin təcrübəsini bölüşüb. Maraqla qarşılanan material qısa müddət ərzində böyük populyarlıq qazanıb.
Məlumat üçün bildirək ki, Fidan Mustafayeva 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 2007-ci ildə təhsil ocağını qırmızı diplomla bitirib. Daha sonra yerli və beynəlxalq seminarlarda iştirak edən Fidan həkim böyük təcrübə toplayıb. Estetik həkim-kosmetoloq fəaliyyətinə isə 2014-cü ildən başlayıb. Bu illər ərzində ölkəmizdə uğurla çalışan peşəkar həkim əldə etdiyi nəticələrlə pasiyentlərin böyük inamını və rəğbətini qazanıb. Bununla yanaşı Fidan Mustafayeva onlarla tələbə hazırlayıb və kosmetologiyaya yeni başlayanlar üçün “Estetika” adlı tədris vəsaitini çap etdirib. Bu tədris vəsaiti kosmetologiya sahəsində çalışan gənc mütəxəssislər üçün çox vacib və faydalı bir dərs vəsaitidir.