"Mercedes-Benz" 77 mindən çox avtomobili geri çağırır
Pekin, 30 mart, AZƏRTAC
Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır.
AZƏRTAC Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "C-class", "E-class" və "GLC SUV" modelləri geri çağırılacaq.
"Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]