"Avro-2020" könüllüləri arasında onlayn intellektual çempionata start verilir
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da "Avro-2020" könüllüləri arasında onlayn intellektual çempionata start verilir. Çempionatın təşkilində məqsəd könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.
AZƏRTAC xəbər verir ki, hər ay davam edəcək çempionatın 2000 könüllü arasında keçirilməsi planlaşdırılır. Canlı olaraq təşkil olunacaq oyun eyni anda 10 “Whatsapp” və “Telegram” qrupu daxilində baş tutacaq. Hər qrupda 200 könüllü öz biliyini sınayacaq.
Yarışa qatılacaq könüllülər “Google” proqramı vasitəsilə hazırlanacaq sualları əvvəlcədən təyin olunmuş vaxt ərzində cavablandırmağa çalışacaqlar. Sualları cavablandırmaq üçün veriləcək vaxt azlığını nəzərə alan təşkilatçılar çempionat zamanı iştirakçıların hər hansı internet resursundan istifadə edə bilməyəcəklərini vurğulayıblar. Dörd mərhələdən ibarət olacaq yarış ümumilikdə 15 dəqiqə davam edəcək. Sonda qalib olacaq ilk üç yerin sahibinə xatirə hədiyyələri təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]