İDMAN
"Bakı-2015": Karina Vinter Avropanın ən sərrast qadın oxatanıdır [YENİLƏNİB]
Birinci Avropa Oyunlarında qadın oxatanların fərdi mübarizəsində Karina Vinter qızıl medala sahib çıxıb. O, rəqibi Maya Jaqerə 6:2 hesabı ilə qalib gələrək Avropanın ən sərrast oxatanı adını qazanıb. Maya Jaqer isə gümüş medala yiyələnib.
Üçüncü yer uğrunda yarışda Alisia Marin Evangeliya Psarraya qalib gələrək, bürünc medalı boynundan asıb - 6:4.
17:15
Qadın oxatanların fərdi yarışlarının yarımfinalında Maya Jaqer (Danimarka) Alisia Marina (İspaniya) 7:1, Karina Vinter (Almaniya) isə Evangeliya Psarraya (Yunanıstan) 6:2 hesabı ilə qalib gəlib.
Finalda Karina Vinter Maya Jaqerlə ilk Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq. Evangeliya Psarra isə Alisia Marini bürünc medal uğrunda sınağa çəkəcək.
16:46
1/4 mərhələdə Alisia Marin (İspaniya) Quendalina Sartoriyə (İtaliya) 6:2, Maya Jaqer (Danimarka) Lidiya Siçenikovaya (Ukrayna) 7:1, Evangeliya Psarra (Yunanıstan) Yasemin Anagözə (Türkiyə) 6:0, Karina Vinter (Almaniya) Elena Tonettaya (İtaliya) 7:1 hesabı ilə qalib gəlib.
Yarımfinalda Alisia Marin - Maya Jaqer, Evangeliya Psarra - Karina Vinter cütlükləri qarşılaşacaqlar.
15:55
Qadınların fərdi mübarizəsində 1/8 mərhələdə yarışan cütlüklərin nəticələri:
Maya Jaqer (Danimarka) - Berengere Sçuh (Fransa) - 6:4.
İnna Stepanova (Rusiya) - Lidiya Siçenikova (Ukrayna) - 5:6
Yelena Richter (Almaniya) - Quendalina Sartori (İtaliya) - 4:6.
Yuliya Lobzhenidze (Gürcüstan) - Alisia Marin (İspaniya) - 2:6.
Yasemin Anagöz (Türkiyə) - Xatuna Narimanidze (Gürcüstan) - 6:4.
Anastasiya Pavlova (Ukrayna) - Evangeliya Psarra (Yunanıstan) - 5:6.
Karina Vinter (Almaniya) - Nataliya Yerdniyeva (Rusiya) - 7:1.
Lisa Unruh (Almaniya) - Elena Tonetta (İtaliya) - 2:6
Beləliklə, 1/4 mərhələdə Alisia Marin Quendalina Sartorini, Maya Jaqer Lidiya Siçenikovanı, Yasemin Anagöz Evangeliya Psarranı, Karina Vinter Elena Tonettanı sınağa çəkəcək.
13:44
1/8 mərhələdə üzləşəcək qadın oxatanların adları məlum olub. Maya Jaqer (Danimarka) - Berengere Sçuh (Fransa), İnna Stepanova (Rusiya) - Lidiya Siçenikova (Ukrayna), Yelena Richter (Almaniya) - Quendalina Sartori (İtaliya), Yuliya Lobzhenidze (Gürcüstan) - Alisia Marin (İspaniya), Yasemin Anagöz (Türkiyə) - Xatuna Narimanidze (Gürcüstan), Anastasiya Pavlova (Ukrayna) - Evangeliya Psarra (Yunanıstan), Karina Vinter (Almaniya) - Nataliya Yerdniyeva (Rusiya) və Lisa Unruh (Almaniya) - Elena Tonetta (İtaliya) cütlükləri 1/4 mərhələyə keçmək uğrunda mübarizə aparacaqlar.
Sərrast atışlara saat 14:00-da start veriləcək.
Qeyd edək ki, bu gün qadın oxatanların fərdi mübarizəsinin birincisi məlum olacaq.
11:06
Qadınların fərdi mübarizəsində sonuncu təmsilçimiz Olqa Senyuk danimarkalı Maya Jaqerə 3:7 hesabı ilə məğlub olaraq mübarizəni yarıda dayandırıb.
09:04
Bakı, 21 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda birinci Avropa Oyunları çərçivəsində qadın oxatanların fərdi mübarizəsinin 1/16 mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, qadın oxatanların yarışında Azərbaycan təmsilçisi Olqa Senyuk danimarkalı Maya Jaqeri sınağa çəkəcək.
Bu mərhələdə aşağıdakı cütlüklər üz-üzə gələcəklər:
Karina Vinter (Almaniya) - Ünsal Begünhan (Türkiyə)
Nicky Hunt (Böyük Britaniya) - Nataliya Yerdniyeva (Rusiya)
Kristina Timofeyeva (Rusiya) - Evangeliya Psarra (Yunanıstan)
Anastasiya Pavlova (Ukrayna) - Alexandra Lonqova (Slovakiya)
Yasemin Anagöz (Türkiyə) - Alena Tolkaç (Belarus)
Adriana Martin (İspaniya) - Xatuna Narimanidze (Gürcüstan)
Natalia Valeeva (İtaliya) - Yuliya Lobzhenidze (Gürcüstan)
Alisia Marin (İspaniya) - Laura Ruggieri (Fransa)
Yelena Richter (Almaniya) - Hanna Marusova (Belarus)
Miriam Alacon (İspaniya) - Quendalina Sartori (İtaliya)
İnna Stepanova (Rusiya) - Aybukə Aktuna (Türkiyə)
Yekaterina Timofeyeva (Belarus) - Lidiya Siçenikova (Ukrayna)
Berengere Sçuh (Fransa) - Esther Deden (Niderland)
Olqa Senyuk (Azərbaycan) - Maya Jaqer (Danimarka)
Veronika Marçenko (Ukrayna) - Elena Tonetta (İtaliya)
Lisa Unruh (Almaniya) - Adriana Zuranska (Polşa).