İDMAN
"Bakı-2015": Miquel Qarsia Alvarino Avropanın ən sərrast oxatanıdır [YENİLƏNİB]
Birinci Avropa Oyunlarında kişi oxatanların fərdi mübarizəsində ispaniyalı Miquel Qarsia Alvarino qızıl medal qazanıb. O, rəqibi Niderland təmsilçisi Sjef Van Den Berqə 7:1 hesabı ilə qalib gəlib. Sjef Van Den Berq isə gümüş medala yiyələnib.
Üçüncü yer uğrunda yarışda belaruslu Anton Prilepov Polşa təmsilçisi Slavomir Naploszekə qalib gələrək bürünc medala sahib çıxıb - 7:3.
17:14
Kişi oxatanların fərdi mübarizəsinin yarımfinalında Miquel Qarsia Alvarino Slavomir Naploszekə (7:3), Sjef Van Den Berq Anton Prilepova (6:0) qalib gəlib.
Finalda Miquel Qarsia Alvarino Sjef Van Den Berq ilə ilk Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq. Slavomir Naploszek isə Anton Prilepovu bürünc medal uğrunda sınağa çəkəcək.
16:41
1/4 mərhələdə Sjef Van Den Berq Piere Plihonu (7:3), Anton Prilepov Rick Van Der Veni (6:4), Miquel Qarsia Alvarino Georgi İvanitskiyi (6:5), Slavomir Naploszek Lukas Danieli (6:0) mübarizədən kənarlaşdırıb.
Yarımfinalda Sjef Van Den Berq - Anton Prilepov, Miquel Qarsia Alvarino - Slavomir Naploszek cütlükləri qarşılaşacaqlar.
15:46
Kişilərin fərdi mübarizəsində 1/8 mərhələdə qarşılaşan cütlüklərin nəticələri:
Markiyan İvaşko - Rick Van Der Ven - 1:7.
Laşa Pxakadze - Anton Prilepov - 4:6.
Piere Plihon - Kieran Slater - 6:5.
Viktor Ruban - Sjef Van Den Berq - 2:6.
Georgi İvanitskiy - Ceff Henkels - 6:2.
Miquel Qarsia Alvarino - Florian Kahllund - 7:3.
Lukas Daniel - Den Habjan Malavasiç - 6:0.
Mauro Nespoli - Slavomir Naploszek - 4:6.
Beləliklə, 1/4 mərhələdə Sjef Van Den Berq Piere Plihonu, Anton Prilepov Rick Van Der Veni, Georgi İvanitskiy Miquel Qarsia Alvarinonu, Lukas Daniel Slavomir Naploszeki sınağa çəkəcək.
12:28
1/8 mərhələdə üzləşəcək oxatanların adları məlum olub. Bu mərhələdə Markiyan İvaşko - Rick Van Der Ven, Laşa Pxakadze - Anton Prilepov, Piere Plihon - Kieran Slater, Viktor Ruban - Sjef Van Den Berq, Georgi İvanitskiy - Ceff Henkels, Miquel Qarsia Alvarino - Florian Kahllund, Lukas Daniel - Den Habjan Malavasiç, Mauro Nespoli - Slavomir Naploszek cütlükləri qarşılaşacaqlar.
Sərrast atışlara saat 14:00-da start veriləcək.
09:28
Bakı, 22 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda birinci Avropa Oyunları çərçivəsində kişi oxatanların fərdi mübarizəsinin 1/16 mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə aşağıdakı cütlüklər qarşılaşacaqlar:
Johan Veiss (Danimarka) - Rick Van Der Ven (Niderland)
Bair Tsybekdorjiyev (Rusiya) - Markiyan İvaşko (Ukrayna)
Marek Szafran (Polşa) - Laşa Pxakadze (Gürcüstan)
Anton Prilepov (Belarus) - Baard Nestenq (Norveç)
Kristian Veiss (Almaniya) - Piere Plihon (Fransa)
Yagiz Yılmaz (Türkiyə) - Kieran Slater (Böyük Britaniya)
Viktor Ruban (Ukrayna) - Matija Mixaliç (Xorvatiya)
Sjef Van Den Berq (Niderland) - Yavor Xristov (Bolqarıstan)
Mitç Dielemans (Niderland) - Georgi İvanitsky (Ukrayna)
Devid Pasqualucci (İtaliya) - Ceff Henkels (Lüksemburq)
Robin Ramaekers (Belçika) - Miquel Qarsia Alvarino (İspaniya)
Florian Kahllund (Almaniya) - Antonio Fernandez (İspaniya)
Beliqto Tsyunquyev (Rusiya) - Lukas Daniel (Fransa)
Den Habjan Malavasiç (Slovakiya) - Juan İqnasio Rodriquez (İspaniya)
Slavomir Naploszek (Polşa) - Antti Tekoniemi (Finlandiya)
Rafal Vojtkoviak (Polşa) - Mauro Nespoli (İtaliya).
Xatırladaq ki, ötən gün qadınlar arasında keçirilən yarışlarda Karina Vinter (Almaniya) birinci Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.