"Bakı-2017": Suyatullanma yarışlarının üçüncü günü
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında 10 metr hündürlükdən suyatullanma üzrə kişilərin yarışında təsnifat mərhələsinin görüşləri keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Artyom Danilov təmsil edir. Finala vəsiqə uğrunda türkiyəli Kivanc Gur, iranlı Mojtaba Valipour və Şahnam Nazarpour da mübarizə aparırlar.