MƏDƏNİYYƏT
"Güllədən sürətli" filmi kassa gəliri baxımından özünü doğrultmayıb
Bakı, 8 avqust, AZƏRTAC
Baş rolda Hollivud ulduzu Bred Pitin çəkildiyi “Güllədən sürətli” filmi kassa gəlirləri baxımından yüksək nəticə göstərə bilməyib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, təqdimatın ilk həftəsində filmin nümayişindən cəmi 30 milyon dollar gəlir əldə olunub.
“Bu nəticə Şimali Amerika üzrə siyahılarda birinci olmaq üçün kifayət idi, lakin dünyaşöhrətli ulduz Bred Pitin çəkildiyi ekran əsəri bu vaxt ərzində ən azı 90 milyon dollar gəlir toplamalı idi. “Güllədən sürətli” filmi gələcək həftələrdə ən azından bu sürətini saxlamalıdır. Belə böyük bir layihənin daha güclü debütü olmalı idi. Həm də avqustda elə də çoxlu rəqib yoxdur, bu səbəbdən də ekran əsəri gələcək həftələrdə daha uğurlu nəticə əldə edə bilər”, - deyə media üzrə mütəxəssis Ceff Bok bildirib.