Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub
Bakı, 26 may, AZƏRTAC
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub.
AZƏRTAC xəbər verir ki, onlardan 3 nəfər azadlığa buraxılıb, 5 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya endirilib.