Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

Bakı, 26 may, Göyçək Mahmudlu, AZƏRTAC

Gəncə şəhərində Hüseyn Cavid və Qənbər Hüseynli küçələrinin kəsişdiyi yer... Hər gün bu ünvana turistlər, ziyarətçilər gəlir.

Uzun illərdir ki, Gəncənin sosial simasında özünəməxsus memarlıq abidəsi kimi tanınan yaşayış evi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərin marağına səbəb olur. Onların arasında kimlər yoxdur: məşhur memar və mühəndislər, professorlar, Ukrayna Prezidenti Volodimir Zelenskinin ata-anası, İspaniyanın “Barselona” komandasının keçmiş futbolçusu Serxio Buskes, Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnik...

Rəy və təkliflər kitabında saysız-hesabsız ürək sözləri əks olunub.1981-ci ildə ali məktəblərdə xarici dil tədris edən müəllimlərin konfransının iştirakçıları, səfirlər və ayrı-ayrı ölkələrdən gələn sultanlar, ABŞ, İsraildən, İtaliya, Almaniya, Fransa, İngiltərə, Çin, Koreya, Braziliya, Pakistan, Türkiyədən və başqa ölkələrdən turistlər...

Gəncə şəhərinin unikal yaşayış evlərindən olan bu tikili şəhər sakini İbrahim Cəfərova məxsusdur. İxtisasca memar olan İbrahim binanı İkinci Dünya müharibəsi cəbhəsindən geri dönməyən qardaşı Yusifin xatirəsinə inşa edib. Cəfərovlar ailəsi dörd qardaş və iki bacıdan ibarət imiş. Evin böyüyü olan İbrahimin Yusifdən başqa Zaur və Zelimxan adlı qardaşları, Rahilə və Şövkət adlı bacısı olub.

O, Stalinqrad döyüşlərində itkin düşən qardaşı Yusifin xatirəsinə qeyri-adi ev tikməyi qərara alıb. Ailə üzvlərinin dediyinə görə, evin tikintisində bir neçə min şampan butulkasından və Qara dəniz sahillərindən gətirdiyi çoxlu çay daşlarından istifadə olunub. Evdəki paxlava formasında olan naxışların və günbəzlərin düzəldilməsi üçün apteklərdən və digər yollarla əldə etdiyi boş yod butulkalarından istifadə edib. Azərbaycana çox böyük çətinliklə gətirdiyi həmin daşlardan çox maraqlı və unikal kompozisiyalar düzəldib. Hətta evin kənarında “Vətənin əbədi keşikçisi naməlum əsgərə eşq olsun” sözləri yazılıb, tavanda isə həm Yusifin, həm də özünün şəkilləri əks olunub. Ziyarətçilər həmin daşlardan düzəldilmiş dolablar, gülqabıları və xırda daşlar üzərində həkk edilmiş şəkillərə də heyranlıqla tamaşa edirlər. Evin divarları bütünlüklə milli ornament və naxışlardan ibarətdir.

Son illər aparılan yenidənqurma və bəzi kosmetik dəyişikliklər evin ümumi mənzərəsinə bir qədər xələl gətirərək onu ilkin görkəmindən bir qədər uzaqlaşdırsa da, gözəlliyi və baxımlığı ilə diqqəti çəkir. Ailə üzvlərinin dediyinə görə, İbrahim Cəfərov evin inşasını 1957-ci ildə başa çatdırıb. Öz layihəsi əsasında iki il ərzində tikdirdiyi ümumi sahəsi 245 kvadratmetr olan ev beş otaq və eyvandan ibarətdir.

İbrahimin gəlini Məhəbbət deyib: “Binanın tikintisində istifadə olunan butulkalar ovaxtkı toylarda istifadə olunan şampan şüşələri və apteklərdən alınan dərman yod qabları olub. Çay daşların gətirilməsi isə çox böyük zəhmət hesabına başa gəlib. O, dəfələrlə Soçi şəhərinə gedərək tikintidə istifadə olunan xüsusi daşları oradan əldə edirdi. O vaxt heç bir sənədin olmadığı belə yükləri gətirmək üçün xeyli maneələri dəf etmək lazım idi. Hər halda o, bütün çətinliklərə qatlaşaraq Gəncədə bənzəri olmayan bir yadigar qoymağa nail olub”.

Nəvəsi Rövşən: “Babam 1991-ci ildə vəfat edib. Onun yadigarı olan bu evdə oğlu İlhamın ailə üzvləri yaşayıb. 2006-cı ildə atam rəhmətə gedəndən sonra biz övladları - qardaşım Elşən, bacım Gülşən və mən bu evi baba yadigarı kimi qoruyuruq. Onun layihəsi, zövqü və fantaziyası ilə inşa olunmuş bu evin hər naxışı, hər daşı bizim üçün əzizdir”.

Cəfərovlar ailəsinə məxsus bu ev on illərdir ki, şəhərin qonaqlarının, turistlərin, inşaat həvəskarlarının maraq dairəsindədir. Elə gün olmaz ki, buraya üz tutan olmasın. Necə deyərlər, rəsmi olmasa da, bir növ qeyri-rəsmi şəkildə butulka-ev muzeyi kimi fəaliyyət göstərir...

...Gəncənin mərkəzində özünəməxsus üslubda butulka və çay daşları ilə tikilmiş ikimərtəbəli yaşayış evi müharibədən qayıtmayan itkin qardaşın adına inşa edilib. Bu gün ev təkcə onun yox, həm də öz memarı – İbrahim Cəfərovun da əziz və unudulmaz yadigarı kimi şəhərə gözəllik bəxş edir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI